Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Azərbaycan XİN Pakistana başsağlığı verdi

03 Avqust 2026, 12:46 Siyasət
728×90

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

Faktum.az  xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında məlumat yayıb.

“Pakistanın Bəlucistan əyalətində baş vermiş ölümcül kömür mədəni qəzası nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.

Yaralananlara tezliklə şəfa diləyir, hadisədən zərər çəkən hər kəsin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədəni çöküb.

728×90
Paylaş: