Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Avstraliyanın ən qəribə müharibəsi -“Emu müharibəsi”

17 Sentyabr 2026, 09:30 Dünya
728×90

Birinci Dünya Müharibəsindən qayıdan avstraliyalı veteranlara kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələri ayrılmışdı. Lakin 1932-ci ildə təxminən 20 000 emu (dəvəquşuna bənzər iri quş) bu təsərrüfat sahələrinə hücum edərək məhsulları məhv etməyə başladı.

Hökumət problemi həll etmək üçün pulemyotlarla təchiz olunmuş hərbi dəstə göndərdi. Lakin quşların gözlənilməz manevrləri və cəldliyi səbəbindən ordunun əməliyyatı uğursuzluqla nəticələndi və hərbçilər geri çəkilməli oldular. Emu quşları Avstraliya ordusunun pulemyot hücumları qarşısında bir neçə gözlənilməz müdafiə taktiki və manevr nümayiş etdirdilər.

Əsgərlər atəş açmağa başlayan kimi emular böyük dəstə şəklində qalmaq əvəzinə, sürətlə onlarca kiçik qrupa bölünərək müxtəlif istiqamətlərə qaçışdılar. Bu, pulemyotçuların tək bir hədəfə fokuslanmasını qeyri-mümkün etdi.

Emular saatda 50 km-ə çatan sürətlə kəskin ziqzaqlar edərək qaçırdılar. İri ölçülərinə baxmayaraq, istiqaməti anidən dəyişmək bacarıqları əsgərlərin nişan almasını çətinləşdirirdi.

Emular öz aralarında intizamlı bir sistem yaratmışdılar. Hər kiçik qrupda bir “lider” və ya nəzarətçi emu yüksək bir təpədə durub əsgərlərin hərəkətini izləyir, təhlükə yaxınlaşanda digərlərinə xəbərdarlıq edirdi

Quşlar pulemyotların effektiv atəş məsafəsini tez qavradılar və hərbçiləri 500 metrdən yaxına buraxmamaq üçün məsafəni daima qorudular.

Ordunun komandiri mayor Meredit emuların bu müqavimətini qiymətləndirərək qeyd etmişdi ki, “əgər bu quşların gülləyə qarşı dözümlü hərbi diviziyası olsaydı, onlar dünyada istənilən ordu ilə üz-üzə gələ bilərdilər”.


Şəhla İlkay

728×90
Paylaş: