Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Hellouin (Halloween) Əfsanəsi

31 Oktyabr 2026, 08:00 Mədəniyyət
728×90

Faktum.az xəbər verir ki, hər il oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə qeyd olunan Hellouin (Halloween) bayramı günümüzdə dünyanın bir çox ölkəsində populyarlaşaraq böyük kütləvi tədbirlərə və əyləncələrə çevrilib.

Əslən Qərb mədəniyyətinə məxsus olan bu mistik bayram qədim keltlərin “Samhain” festivallarından kök alır; həmin dövrdə insanlar qışın başlanğıcını qeyd edir və bu gecə o dünyayla əlaqənin gücləndiyinə, ruhların dünyaya qayıtdığına inanaraq oddan qorunmaq məqsədilə qorxunc maskalar taxırdılar. Zaman keçdikcə xristianlıq ənənələri ilə birləşən və “All Hallows’ Eve” (Bütün Müqəddəslər Gecəsi) adını alan bu bayram xüsusilə ABŞ, Kanada və Qərbi Avropa ölkələrində özünəməxsus rituallarla – simvolik balqabaqdan düzəldilən “Cek fənəri” (Jack-o’-lantern), uşaqların qonşulardan şirniyyat yığması (“Trick-or-treat”) və müxtəlif mistik personajların obrazlarına bürünməklə qeyd edilir.

Hər nə qədər bəzi cəmiyyətlərdə sadəcə əyləncə və maskarad kimi qəbul olunsa da, tarixçilər və etnoqraflar üçün Hellouin qədim adətlərin müasir dövrə necə inteqrasiya olunduğunu göstərən maraqli sosial-mədəni fenomendir.

728×90
Paylaş: