Cahangir Zeynalov: Azərbaycan peşəkar teatr sənətinin banisi və böyük səhnə fədaisi

Faktum.az xəbər verir ki, 1865-ci il sentyabrın 21-də Bakıda anadan olmuş Cahangir Zeynalov Azərbaycan peşəkar teatrının banilərindən biri, milli aktyorluq məktəbinin hamisi və ilk teatr pedaqoqlarındandır.
İmkanlı tacir ailəsində doğulmasına baxmayaraq, bütün həyatını, var-dövlətini və enerjisini milli teatr sənətinin inkişafına həsr edən Zeynalov, XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən teatr truppalarının formalaşmasında xüsusi rol oynamışdır.
O, öz evini aktyorlar üçün məşq zalına çevirmiş, libas və dekorasiya xərclərini şəxsi vəsaiti hesabına ödəmiş, Hacı Qara, Fəxrəddin, Qacar kimi onlarca klassik obrazı yüksək ustalıqla səhnədə canlandırmışdır. Məmməd əmin Rəsulzadə və Nəcəf bəy Vəzirov kimi ziyalıların dərin hörmətlə yanaşdığı sənətkar, eyni zamanda böyük aktrisa Nəsibə Zeynalovanın atasıdır.
1918-ci ilin mart soyqırımı zamanı Bakını tərk etmək məcburiyyətində qalan və Ənzəlidən qayıdarkən vəba xəstəliyinə yoluxaraq vaxtsız vəfat edən Cahangir Zeynalov, Azərbaycan mədəniyyəti tarixində fədakar ziyalı və teatr fədaisi kimi silinməz iz qoymuşdur.
