Haqqımızda Reklam Əlaqə
160×600
160×600

”Boykot” kəlməsi haradan gəldi?

18 Sentyabr 2026, 10:00 Cəmiyyət
728×90

İrlandiyada yaşayan sahibkar Çarlz Boykott böyük torpaq sahələrinə sahib idi.
1880-ci ildə kənd təsərrüfatında yaşanan aşağı məhsuldarlıq səbəbilə, kəndlilər əmək haqlarının artırılmasını tələb edirlər.
Boykott buna etiraz etdi.
Belə olan təqdirdə, kəndlilər, Boykottun ev xidmətçiləri işi tərk edirlər. Hətta poçtalyon məktublarını çatdırmaqdan imtina etdi. Heç bir mağaza onunla alver etmir. Heç bir xidmət sahəsi onunla çalışmır.
Vəziyyətin belə bir hal aldığını görən Çarlz Boykott kənardan işçi qüvvəsi çağırır.
Nəticədə, sifarişlə gələn işçilərə etdiyi ödəniş, əldə olunan məhsulunun gəlirindən yüksək olur.
Üzləşdiyi vəziyyətin çıxılmaz olduğunu görən sahibkar, sonunda İrlandiyanı tərk etmək məcburiyyətində qalır.
İnsanlar ona maddi, fiziki heç bir zərər toxundurmadılar. Sadəcə görməzdən gəlmələri Boykottu mənəvi olaraq iflic etdi.
Bu gün beynəlxalq səviyyədə siyasi termin olaraq işlənən “boykott” kəlməsi, bir xəsis sahibkarın soyadıdır.
O da adını belə “əbədiləsdirdi”


Tərifə Şükürqızı

728×90
Paylaş: