Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Yaponiyada əsrlik yaş rekordu – Yüzyaşlıların sayı daha da artdı

18 Sentyabr 2026, 09:45 Dünya
728×90

Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayının ilk dəfə 100 mindən çox olması barədə Səhiyyə, Əmək və Rifah Nazirliyinin açıqladığı rəsmi statistika dünyada geniş əks-səda doğurub.

2026-cı ilin sentyabr göstəricilərinə görə, ölkədə 100 yaşı keçmiş insanların sayı ötən illə müqayisədə təxminən 7 900 nəfər artaraq 107 677-yə çatıb. Ardıcıl olaraq 56-cı ildir ki, Yaponiyada yüzyaşlıların sayı rekord vurur.

Yüzyaşlı əhalinin 87.6%-dən çoxunu (94 000-dən çox kişi və qadın nisbətində) qadınlar təşkil edir. Yaponiyada orta ömür uzunluğu qadınlar üçün təxminən 87.3 il, kişilər üçün isə 81.3 ildir.

Hökumətin bu qeydiyyatı aparmağa başladığı 1963-cü ildə ölkədə cəmi 153 yüzyaşlı var idi. Bu rəqəm 1981-ci ildə 1 000-i, 1998-ci ildə 10 000-i, 2012-ci ildə isə 50 000-i keçmişdi.

Bəs, yaponların uzunömürlülüklərinin sirri nədədir?

Mütəxəssisslər ilk növbədə bu xalqın qidalanma mədəniyyətini əsas gətirirlər. Yaponlar xüsusilə balıq, dəniz məhsulları, soya (tofu, miso), tərəvəz və yaşıl çayla zəngin pəhrizə üstünlük verirlər. Həmçinin yapon mədəniyyətində mədənin 80%-i dolduqda yeməyi dayandırmaq prinsipi (“hara hachi bu“) geniş yayılıb.

İkinci yerdə onların “Ikigai” (Həyat Amacı) adlandırdıqları hətat tərzi dayanır.
Yapon tədqiqatçıları bildirirlər ki, təqaüdə çıxdıqdan sonra da sosial aktivliyi saxlamaq, müəyyən bir məşğuliyyət və ya hobbi ilə hər günə məna qatmaq fərdlərin psixoloji və fiziki sağlamlığını gücləndirir.

Üçüncü yeri fiziki aktivlik tutur. Qocalar hətta yüksək yaşlarında belə hər gün gəzinti edir, bağçılıqla məşğul olur və radio vasitəsilə yayımlanan yüngül səhər idmanlarına qoşulurlar.

Dördüncü yerdə isə bütün bunları tamamlayan və çox önəm daşıyan Səhiyyə durur. Ölkədə tibbi xidmətlərin hamı üçün əlçatan olması və xəstəliklərin erkən diaqnostikası uzunömürlülükdə həlledici rol oynayır.

Hökumət hazırda yaşlı əhalinin sadəcə uzun yaşamasını deyil, onların sağlam yaşlanmasını (“healthy lifespan”) təmin etmək üçün proqramlar həyata keçirir.


Şəhla İlkay

728×90
Paylaş: