Yadplanetlilər həqiqətən varmı?

Kainatın sonsuzluğunda tək olmadığımız fikri bəşəriyyəti əsrlər boyu düşündürən en böyük sirrlərdən biridir. Yüz milyardlarla qalaktikanın və trilyonlarla planetin mövcud olduğu bir aləmdə, həyatın yalnız Yer kürəsi ilə məhdudlaşması ehtimalı elmi baxımdan kifayət qədər aşağı qiymətləndirilir.
Elm xadimləri yad planetdə həyat dedikdə ilk növbədə kosmik gəmilərdə gəzən şüurlu varlıqları deyil, fərqli mühitlərə uyğunlaşmış mikroskopik orqanizmləri və ya bakteriyaları nəzərdə tuturlar. Bəs, başqa planetlərdə həqiqətən də bizim kimi və ya bizə bənzər şüurlu varlıqlar varmı? Yadplanetliləri canlı gördüyünü və ya onların gəmisini (UFO) müşahidə etdiyini iddia edən minlərlə insan var. Lakin elmi və rəsmi baxımdan bu iddiaların heç biri təkzibedilməz sübutla təsdiqlənməyib.
Buna baxmayaraq, mövzu ilə bağlı müzakirə olunan bir çox məşhur hadisələr və faktlar var.
Məsələn: 1947-ci ildə ABŞ-nin Nyu-Meksiko ştatında bir fermaya naməlum obyekt düşdü. Şahidlər bunun yadplanetli gəmisi olduğunu iddia etsələr də, ABŞ Hərbi Hava Qüvvələri obyektin gizli meteoroloji hava şarı olduğunu bəyan etdi. Bu hadisə müasir Ufologiyanın (UFO tədqiqatının) təməlini qoydu.
Daha sonra1961-vi ildə yenə ABŞ-də bir cütlük yadplanetlilər tərəfindən qaçırıldıqlarını, üzərlərində tibbi təcrübələr aparıldığını iddia etdi. Bu, tarixdə geniş işıqlandırılan ilk “qaçırılma” iddiası idi.
2004 və 2015-ci illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus qırıcı təyyarələrin kameraları (“FLIR1”, “GIMBAL”) fizikaya zidd hərəkətlər edən uçan obyektləri qeydə aldı. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu kadrların həqiqi olduğunu təsdiqlədi, lakin onları “Tanımlanmayan Anonim Hadisələr” adlandırdı. Yəni onların mənşəyi naməlumdur, birbaşa “yadplanetlidir” deyilmir.
Görünən “yadplanetli gəmilərinin” böyük əksəriyyəti sonradan dronlar, meteoroloji şarlar, parlaq planetlər (məsələn, Venera), raket sınaqları və ya optik ilüziyalar kimi izah olunur.
Bəzi “yadplanetli gördüm” iddiaları isə hallüsinasiyalar, yuxu iflici (qarabasma) və ya yüksək təxəyyül/stres fonunda baş verir.
ABŞ hökuməti son illərdə UFO hadisələrini araşdırmaq üçün xüsusi Departament (AARO) yaradıb. Hesabatlarda vurğulanır ki, mənşəyi bilinməyən yüzlərlə hava obyekti qeydə alınsa da, onların başqa planetdən gəldiyini göstərən heç bir konkret bioloji və ya texnoloji delil tapılmayıb.
Hələlik həqiqi bir yadplanetli ilə qarşılaşdığımızı göstərən rəsmi elmi sübut yoxdur. Bir çox alim bu vəziyyəti məşhur ifadə ilə xülasə edir: “Fövqəladə iddialar fövqəladə sübutlar tələb edir.”

Şəhla İlkay
