Haqqımızda Reklam Əlaqə
160×600
160×600

1905-ci ilin 18 sentyabrında kino əfsanəsi Qreta Qarbo anadan olub

18 Sentyabr 2026, 08:30 Mədəniyyət
728×90

Qreta Qarbo böyük kino aktrisası olsa da, bilavasitə qadın hüquqları müdafiəçisi və ya fəalı kimi tanınmayıb. Tarixdə daha çox Hollivudun qızıl dövrünün ən sirli və nüfuzlu kino ulduzlarından biri kimi iz qoyub.

Faktum.az xəbər verir ki, 1905-ci il 18 sentyabr tarixində isveçli məşhur aktrisa Qreta Qarbo (Qreta Lovisa Qustafsson) anadan olub. XX əsrin 20-ci və 30-cu illərində kinematoqrafiyanın en əfsanəvi simalarından birinə çevrilən aktrisa 4 dəfə “Oskar” mükafatına namizəd göstərilib və 1954-cü ildə kino sənətinə verdiyi misilsiz töhfələrə görə xüsusi “Oskar” mükafatına layiq görülüb. 1941-ci ildə cəmi 36 yaşında aktyorluq karyerasını qəfil bitirərək gözlərdən uzaq, qapalı bir həyat yaşaması onu dünya kinosunun ən sirli şəxsiyyətlərindən birinə çevirib.

728×90
Paylaş: