Şrödingerin pişiyi: Kvant mexanikasında superpozisiya prinsipi

Faktum.az xəbər verir ki, 1935-ci ildə Avstriya fiziki Ervin Şrödinger tərəfindən təklif edilən “Şrödingerin pişiyi” düşüncə təcrübəsi, kvant mexanikasının ən fundamental prinsiplərindən biri olan superpozisiya ideyasını makroskopik miqyasda izah etmək üçün istifadə olunan məşhur paradoksdur.
Kvant fizikasında atomaltı zərrəciklər müşahidə olunana qədər eyni anda bir neçə fərqli halda (superpozisiyada) mövcud ola bilir. Şrödinger bu konseptin absurdlununu göstərmək üçün xəyali bir təcrübə təsvir etmişdir: qapalı qutuya bir pişik, bir dənə radioaktiv atom, radiasiya detektoruvə içində zəhərli qaz olan şüşə kolba yerləşdirilir. Əgər radioaktiv atom parçalanarsa, detektor bunu qeydə alır, mexanizm işə düşür və zəhərli qaz buraxılaraq pişik ölür; atom parçalanmazsa, pişik sağ qalır.
Kvant mexanikasının Kopenhagen təfsirinə görə, qutunun qapağı açılıb müşahidə aparılana qədər atom həm parçalanmış, həm də parçalanmamış vəziyyətdə olur – bu da deməkdir ki, qutudakı pişik eyni anda həm canlı, həm də ölüdür. Yalnız müşahidə anında dalğa funksiyası kollaps edir (çökür) və sistem təyin olunmuş tək bir reallığa keçir. Bu düşüncə təcrübəsi müasir kvant kompüterlərinin, kvant kriptoqrafiyasının və reallığın mahiyyəti haqqında elmi-fəlsəfi debatların bünövrəsini təşkil edir.
