Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Badımcan: Tarixi kökləri, botaniki xüsusiyyətləri və zəngin tərkibi

16 Sentyabr 2026, 10:00 Özəl
728×90

Faktum.az xəbər verir ki, botanikada Solanum melongena adı ilə tanınan badımcan, badımcankimilər (Solanaceae) fəsiləsinə aid olan və mənşəyi Hindistan ilə Cənub-Şərqi Asiyaya söykənən çoxillik bitki növüdür.

Mətbəx mədəniyyətində tərəvəz kimi qəbul edilsə də, botaniki baxımdan giləmeyvə hesab olunan bu bitki tərkibindəki C, K, B6 vitaminləri, kaliy, manqan və yüksək miqdarda lif ilə insan orqanizmi üçün son dərəcə faydalıdır. Qida mütəxəssislərinin təhlillərinə görə, badımcanın tünd bənövşəyi qabığında bulunan “nasunin” adlı güclü antioksidant beyin hüceyrələrinin zərini sərbəst radikalların zərərli təsirlərindən qoruyur və xolesterinin səviyyəsini tənzimləməyə kömək edir.

Aşağı kalorili olması sayəsində pəhriz menyularının vazkeçilməz hissəsi olan badımcan, eyni zamanda həzm sisteminin funksiyasını yaxşılaşdırır və qanda şəkərin miqdarını balansasında saxlayır. Bununla belə, tərkibində solanin maddəsi olduğu üçün badımcanın çiy halda istehlakı həzm pozuntularına səbəb ola bilər; bu səbəbdən onun bişirilərək və ya közlənərək qəbul edilməsi, bişirilmədən öncə acı suyunun çıxarılması üçün duzlu suda saxlanılması tövsiyə olunur.

728×90
Paylaş: