Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Uşaqla birgə qaz kamerasında boğuldu

14 Sentyabr 2026, 18:00 Dünya
728×90

O, uşaqları çox sevirdi. Həyatını, yaradıcılığını uşaqlara həsr etdi. Hətta uşaqlara olan sevgisi səbəbilə, onlarla birlikdə ölümü seçdi.
Polyak uşaq yazıçısı , həkim Yanuş Korcak (əsl adı Henri Qoldşmit ) yalnız həkim və ya yazıçı olaraq, uşaqların xidmətində dayanmırdı. Onların hüquqlarının müdafiəsi uğrunda mübarizə aparırdı.
Almaniyada faşizmin hakimiyyətə gəlişi ilə, yəhudilərə qarşı yönəlmiş qorxunc siyasət, yalnız Almaniyada həyata keçirilmirdi.
İkincisi dünya müharibəsində, Almaniyanın işğal etdiyi ölkələrdə də yəhudi ailələri təqib olunurdu.
Polşanı işğal edən Alman ordusu,
Yanuş Korcakın sahib çıxdığı yəhudi əsilli yetim uşaqlarından da yan keçmədi.
1942-ci ildə Korcakın yetimxanasına sığınan 200 yəhudi uşaq, almanların ölüm düşərgəsinə götürüldü.
Korcak uşaqları tək buraxmayıb, onlarla birlikdə getdi. Alman əsgərləri ona qaçması üçün fürsət verdikləri halda, O getmədi.
200 yəhudi uşaq ilə birlikdə qaz kamerasında boğuldu.
Korcakın qəhrəmanlığından ilhamlanan sovet dövrünün şairlərindən birisi hətta onun üçün belə bir şəpgidə şeir yazdı.
“Ona köpək, it dedilər.
Tez ol!
Burdan get, dedilər.
O, getmədi”
İnsanlar qəhrəmanlığın yalnız döyüş meydanında göstərilən şücaət olduğunu düşünür.
Yanuş Korcak yaşamı və ölümü ilə sübut etdi ki, əsl qəhrəmanlıq, insanlıq uğrunda edilən qəhramanlıqdır.


Tərifə Şükürqızı

728×90
Paylaş: