Mətbəxin təbii antibiotiki: Soğanın faydaları, zərərləri və istifadə qaydaları

Faktum.az xəbər verir ki, min illərdir həm kulinariyada, həm də təbii təbabətdə geniş istifadə olunan soğan (Allium cepa) tərkibindəki zəngin antioksidantlar, kükürd birləşmələri, C, B6 vitaminləri və kalium sayəsində orqanizm üçün ən faydalı tərəvəzlərdən biridir.
Soğanın tərkibindəki güclü antioksidant olan kversetin (quercetin) immunitet sistemini möhkəmləndirir, iltihabəleyhinə təsir göstərir və xərçəng hüceyrələrinin yaranma riskini azaldır. Təbii antibiotik xüsusiyyəti sayəsində infeksiyalara, qrip və soyuqdəyməyə qarşı bədənin müqavimətini artırır. Qanda şəkərin və xolesterinin səviyyəsini tənzimləyərək ürək-damar sağlamlığını qoruyur.
Soğanın özü qədər onun xarici qabığı da bioloji aktiv maddələrlə zəngindir. Xüsusilə soğan qabığından hazırlanan dəmləmə və çaylar bəlğəmgətirici, sidikqovucu və damargenişləndirici təsirə malikdir. Qabıq dəmləməsi ilə saçların yaxalanması saç köklərini möhkəmləndirir və kəpəyi aradan qaldırır.
Çiy halda: Həzm şirəsinin ifrazını artırır və antioksidant təsirini maksimum saxlayır. Qanda şəkəri salmaq və immuniteti qaldırmaq üçün çiyləyərək və ya salatlarda istifadəsi tövsiyə olunur.
Bişmiş və ya közlənmiş halda: Mədəni qıcıqlandırmır, həzmi asanlaşdırır. Közlənmiş soğan irinli yaraların, dolamanın və abseslərin üzərinə qoyulduqda irinin tez olğunlaşıb xaric olunmasına kömək edir.
Soğan suyu və bal qarışığı: Öskürək, boğaz ağrısı və bronxit zamanı güclü təbii şərbət rolunu oynayır.
Soğan qabığının dəmləməsi: Yuyulmuş soğan qabıqlarının üzərinə qaynar su əlavə edib 10-15 dəqiqə saxlamaqla əldə edilən çay qan təzyiqini tənzimləyir və ödemləri çəkir.
Diqqət edin!
Hər bir faydalı qida kimi, soğanın da aşırı və ya yanlış istifadəsi müəyyən problemlər yarada bilər. Mədə yarası (xora), qaztrit və ya reflüks xəstəliyi olan şəxslərə çiy soğan yemək tövsiyə edilmir, çünki turşuluğu artıraraq mədə yanması və ağrıya səbəb olur. Həmçinin, çox miqdarda çiy soğan qəbulu qan durulaşdırıcı dərmanlar qəbul edən şəxslərdə diqqətlə tənzimlənməlidir. Doğranmış soğanı açıq havada uzun süre saxlamaq da təhlükəlidir, çünki o, havada olan bakteriyaları tez bir zamanda özünə çəkir.
