Haqqımızda Reklam Əlaqə
160×600
160×600

İnfarkt riskini azaldan və qaraciyəri təmizləyən təbii möcüzə

24 Avqust 2026, 13:00 Cəmiyyət
728×90

Faktum.az xəbər verir ki, antioksidant deposu olan nar meyvəsi insan orqanizmi üçün ən faydalı və müalicəvi təbii vasitələrdən biridir. Tərkibindəki C, E, K vitaminləri, kaliyum və dəmir mineralları sayəsində immun sistemini maksimum dərəcədə gücləndirən bu meyvə xüsusilə ürək-damar sağlığının qorunmasında müstəsna rol oynayır. Nar şirəsi damar sərtliyinin qarşısını alır, qan dövranını yaxşılaşdırır Və yüksək təzyiqi tənzimləyərək infarkt riskini əhəmiyyətli dərəcədə azaldır.

Eyni zamanda qaraciyərdə toplanan toksinlərin təmizlənməsinə kömək edən nar həzm sisteminin fəaliyyətini yaxşılaşdırır Və bağırsaq mikroflorasını bərpa edir. Tərkibindəki güclü polifenollar hüceyrə zədələnmələrinin qarşısını alaraq orqanizmi xərçəng hüceyrələrinin yaranmasından qoruyur, dərinin elastikliyini bərpa edərək qocalma prosesini ləngidir. Günlük rasionda müntəzəm olaraq nar və ya onun təbii şirəsindən istifadə etmək həm fiziki enerjini artırır, həm də qandakı hemoqlobini qaldıraraq anemiya ilə effektiv mübarizə aparmağa imkan verir.

728×90
Paylaş: