Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısında dəyişiklik edilib. Edliyyeinfo.az xəbər verir ki, bu barəd Baş nazir Əli Əsədov qərar imzalayıb. Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin inzibati binası bu siyahıya daxil edilib. Baxış Sayı: 539
Hüquqşünas, mediator Zaur Quliyevin təqdimatında yayımlanan “Hüququn Səsi” verilişinin növbəti buraxılışında insan hüquqları, konstitusion hüquq və azadlıqların müdafiəsi mövzusu müzakirə olunub. Verilişin qonaqları vəkil Elminaz Qafarova və hüquqşünas, mediator Emin Qasımov olub. Qonaqlar insan hüquqlarının mahiyyəti, onların müdafiə mexanizmləri və vətəndaşların hüquqi maariflənməsinin əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı qeyd olunub ki, insan […]
Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddətinin 2026-cı il yanvarın 1-də başa çatması ilə əlaqədar fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə […]