Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al […]
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə şərəfli səhifələr var ki, onlar sadəcə təqvim günü deyil, milli kimliyimizin, azadlıq eşqimizin və sarsılmaz iradəmizin rəmzidir. Bu müqəddəs tarixlərin zirvəsində isə heç şübhəsiz, 28 May — Müstəqillik Günü dayanır. 1918-ci il mayın 28-dən başlayan o şərəfli yol, bu gün bütöv, suveren və güclü Azərbaycanın qüdrətində özünün ən parlaq […]
Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri müəyyənləşdiriləcək. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib. Belə ki, Maliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar […]