Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.
Edliyyeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanların siyahısı genişləndiriləcək. Edliyyeinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən […]
Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9,566.0 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncam […]
Azərbaycanda 2026-2030-cu illəri əhatə edən qazlaşdırma ilə bağlı dövlət proqramı hazırlanır. Edliyyeinfo.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Asif Əsgərov deyib. Onun sözlərinə görə, ən əsas məsələlərdən biri, xüsusilə də Zaqatala bölgəsində qazlaşdırma ilə bağlı olan problemin hər dəfə komitə iclaslarında qaldırılmasıdır: “Bu müəyyən qədər bizim bu […]