Haqqımızda Reklam Əlaqə
160×600
160×600

31 avqustda anadan olmuş Azərbaycanın qəhrəman oğulları

31 Avqust 2026, 09:30 Manşet
728×90

Faktum.az xəbər verir ki, avqustun 31-i Azərbaycan tarixində öz şücaətləri və fədakarlıqları ilə silinməz iz qoymuş iki igid vətən oğlunun doğum günüdür.

İkinci Dünya Müharibəsi iştirakçısı və Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyev 31 avqust 1923-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur. Müharibə illərində topçu kimi cəbhəyə yollanan Mirzə Vəliyev göstərdiyi fövqəladə rəşadət və qəhrəmanlığa görə bu ali ada layiq görülmüş, 1944-cü ilin noyabrında Macarıstan ərazisində gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Azərbaycanın Milli Qəhrəmanı, baş leytenant Yunis Nəcəfov 31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur.

Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda mərdliklə döyüşən baş leytenant Yunis Nəcəfov Vətən qarşısındakı müstəsna xidmətlərinə və göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

728×90
Paylaş: