Dövlətimizin Vətən Müharibəsi iştirakçılarına diqqəti hər zaman böyükdür

Müharibə veteranlarının özünəməşğulluq proqramına cəlb olunması, dövlət və özəl qurumlarda işlə təmin edilməsi istiqamətində sosial müdafiə tədbirləri sürətlə davam etdirilir.
Faktum.az xəbər verir ki, dövlət tərəfindən həyata keçirilən bu kompleks sosial siyasət veteranların yalnız maddi rifahını yaxşılaşdırmaqla kifayətlənmir, həm də onların cəmiyyətə aktiv inteqrasiyasını və iqtisadi müstəqilliyini tam təmin edir. Xüsusilə özünəməşğulluq proqramları çərçivəsində müharibə iştirakçılarına istehsal və xidmət sahələri üzrə lazımi avadanlıqların təqdim olunması, onların öz kiçik bizneslərini quraraq sahibkarlıq fəaliyyətinə başlamalarına geniş imkanlar açır. Eyni zamanda, təhsil alan veteran tələbələrə müxtəlif güzəşt və imtiyazların tətbiq edilməsi, o cümlədən onların təhsil haqlarından tam şəkildə azad olunması dövlətimizin gənclərə və qazilərə göstərdiyi diqqətin əsas prioritetlərindən biridir. Bu addım müharibə iştirakçılarının ali və orta ihtisas təhsili alaraq gələcəyin peşəkar kadrları kimi yetişməsinə, onların gələcək karyera imkanlarının artırılmasına böyük zəmin yaradır.
Xəqani Muradov
jurnalist – Vətən Müharibəsi iştirakçısı
