Xaricdə təhsil alan qazilərimizin təhsil haqqı məsələsi

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qazilərimiz cəmiyyətimizin ən uca zirvəsində dayanırlar. Bu gün dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğı hər sahədə olduğu kimi, təhsil sahəsində də davam etməlidir. Xüsusilə dünyanın nüfuzlu universitetlərində təhsil alan və ya qəbul olunan qazilərimizin qarşılaşdıqları əsas çətinliklərdən biri yüksək təhsil haqqı xərcləridir.
Xarici universitetlərin təhsil və yaşayış xərcləri yüksək olduğu üçün qazilərimiz təkbaşına maliyyə yükünün altından qalxa bilmirlər. Mövcud təqaüd proqramları isə onların xüsusi statusu və ehtiyacları nəzərə alınmaqla daha çevik olmalıdır.
Hesab edirik ki, xaricdə təhsil alan qazilər üçün xüsusi maliyyələşmə mexanizmi və ya qrant proqramı yaradılmalıdır. Nüfuzlu universitetlərə qəbul olan qazilərimizin təhsil haqqı tam şəkildə qarşılanmalıdır. Müraciətlərin sürətli həlli üçün “Bir Pəncərə” sistemi tətbiq edilməlidir.
Xəqani Muradov
Jurnalist – Vətən Müharibəsi İştirakçısı
