Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Restoran menyularının gizli hiylələri

01 Sentyabr 2026, 14:00 Cəmiyyət
728×90

Qiymətlərin yanında valyuta işarəsinin yazılmaması və yemək adlarının psixoloji təsiri

Faktum.az xəbər verir ki, restoranlarda qarşımıza çıxan menyular sadəcə yemək siyahısı deyil, müştərilərin şüuraltısına təsir edərək onları daha çox xərcləməyə yönəldən mürəkkəb psixoloji mühəndislik nümunəsidir.

Restoran mütəxəssisləri və neyromarketinq mütəxəssisləri menyu tərtibatında tətbiq edilən xüsusi fəndlərlə qonaqların büdcə həssaslığını zəiflətməyi bacarırlar. Bu hiylələrin başında qiymətlərin yanında valyuta işarəsinin (məsələn, “AZN”, “$” və ya “€“) qeyd olunmaması gəlir; tədqiqatlar göstərir ki, qiymətin yanında valyuta simvolu olmadıqda müştərilər xərclədikləri məbləği pul kimi deyil, sadəcə neytral bir rəqəm kimi qəbul edir və bu da pul xərcləmə ağrısını (“pain of paying“) azaldır.

Eyni zamanda, yemək adlarında istifadə olunan emosional və nostaljik ifadələr, məsələn, “Nənəmin xüsusi resepti”, “Ev üsulu” və ya “Odun sobada bişirilmiş” kimi sözlər təamın keyfiyyət qavrayışını kəskin artırır. Menyularda ən baha yeməklərin səhifənin yuxarı sağ küncünə yerləşdirilməsi (“şirin nöqtə” effekti) və ya çox yüksək qiymətli bir yeməyin yanına nisbətən orta qiymətli yemək qoyulması (lövbərləmə effekti) da müştərinin orta qiymətli xörəyi “əlverişli” hesab edib sifariş verməsini təmin edir.

728×90
Paylaş: