Niyə bəzi mahnılar beynimizə “taxılıb” qalır?

Beynin “musiqi qurdu” (earworm) fenomeni
Faktum.az xəbər verir ki, gün ərzində eşitdiyimiz bircə musiqi parçasının saatlarla, hətta günlərlə şüuraltı olaraq beynimizdə təkrar-təkrar oxunması elmdə “earworm” (musiqi qurdu) və ya elmi adı ilə “istəksiz musiqi təsviri” adlanır.
Neyrobioloqlar bildirirlər ki, bu fenomen beynin işitmə qabığının avtomatik dövrəyə girməsi və ritmik motivləri qapalı dövrədə saxlaması nəticəsində baş verir. Əsasən təkrarlanan, sadə və ritmik melodiyalar beynin yaddaş mərkəzində daha tez ilişib qalır. Mahnının nəqarət hissəsinin asan yadda qalan olması beynin həmin hissəni öz-özünə tamamlamağa çalışmasına səbəb olur. Həmçinin yorğunluq, stres və ya rutin işlərlə məşğul olarkən beyin özünü avtomatik olaraq bu melodiyalarla məşğul edir.
Tədqiqatlar göstərir ki, beynə taxılan mahnını başdan ayağa tam şəkildə dinləmək beynə “proses bitti” siqnalı verərək bu dövrəni qırır, saqqız çeynəmək isə daxili nitq və musiqi təkrarını təmin edən motor sinirlərini yayındıraraq melodiyanın unudulmasına kömək edir.
