Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Mehriban xanım hər zaman şəhid ailələrinin yanındadır

26 Avqust 2026, 10:18 Cəmiyyət
728×90

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri, qazilər və müharibə iştirakçıları kimi həssas təbəqədən olanlar üçün ən böyük təsəlli dövlətin və xalqın onların yanında olduqlarını hiss etməkdir. Məhz bu məqamda Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət, şəhid övladlarına ana qayğısı ilə yanaşması, hər görüşündə səmimiyyət və sevgi dolu münasibəti onların qəlbində dərin minnətdarlıq hissləri doğurub.

Mehriban Əliyeva həm bir lider, həm də bir ana kimi millətin yanında dayanaraq göstərdi ki, əsl böyüklük yalnız siyasi gücdə deyil, insan qəlbinə toxunmaqda, onun dərdinə şərik olmaqda və hər kəsin həyatına ümid işığı bəxş etməkdədir.

Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın ölkəmizin çiçəklənməsi yolunda misilsiz, irimiqyaslı işləri danılmazdır. Bunun arxasında sözsüz ki, onun vətənə, xalqa olan böyük sevgisi, səmimi qəlbi və yüksək insani keyfiyyətləri dayanır. Bu səmimiyyət, tükənməyən dərin duyğular şəhid ailələrindən də yan keçməyərək onların həyatının çətin anlarına işıq salmışdır. Mətbuatda, internet resurslarında rast gəlinən müsahibələrdə, 44 günlük Vətən müharibəsindən sonra həyata oğul itkisi ilə davam edən şəhid valideynlərinin, qardaş itkisi ilə davam edən şəhid qardaş-bacılarının, həyat yoldaşı itkisi ilə davam edən şəhid xanımlarının dilindən səslənən sözlər Mehriban xanımın onlara necə böyük mənəvi dayaq olduğunun sübutuna çevrilib. “Şəhid Ailələrinə Sosial Yardım” ictimai birliyi tərəfindən şəhid ailələrinin hüquqi və sosial məsələlərinin həlli, eləcə də onların xatirəsinin uca tutulması istiqamətində keçirilən müxtəlif tədbirlər və ziyarətlərdə şəhid qəhrəmanları böyüdən analar, bacılar, qadınlar hər zaman Mehriban Əliyevanın mərhəmətindən, sevgi və qayğısından güc aldıqlarını, Mehriban xanımın bu qəbildən olan insanların üzləşdiyi sosial, səhiyyə və təhsil problemlərinə həmişə həssas yanaşdığını, hər birinin uğuruna onlarla birgə sevindiyini, kədərinə üzüldüyünü qeyd edirlər.

Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanın sosial-mədəni inkişafında, eləcə də şəhid övladları, ailələri ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsində böyük rol oynayır. Cənab Prezident və Mehriban xanımın şəhid ailələrinə göstərdiyi diqqət, qayğı və şəhid ailələrinin rifahının yüksəldilməsi sahəsində görülən işlər ən humanist addımlardan biri kimi qəbul edilir.

Bu gün mərhəməti, humanizmi və qayğıkeşliyi ilə hər bir evə işıq saçan Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür. Onun adı çəkiləndə ilk növbədə insanlığa, milli-mənəvi dəyərlərə, vətən övladlarına olan sonsuz sevgi yada düşür.

Doğum günü münasibətilə bütün şəhid ailələri adından Mehriban xanımı ürəkdən təbrik edir, ona uzun ömür və möhkəm can sağlığı arzulayır, Azərbaycanın inkişafı, xalqımızın rifahı və dövlətçiliyimizin möhkəmlənməsi naminə gördüyü işlərdə böyük nailiyyətlər diləyirəm.

Almaz Zeynalova, “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri

 

 

Mədəniyyətimizin böyük dəstəkçisi

Azərbaycan unikal dövlətdir. Şərq ənənələrinin tipik daşıyıcısı olan, eyni zamanda Avropaya ən yaxın olan müsəlman ölkəsidir. Ökədə bu müstəvidə balansı qoruyub saxlamaqda Azərbaycanın birinci vitse-prezidenti, həm də birinci xanımı Mehriban xanım Əliyevanın böyük töhfəsi vardır.

Mədəniyyət sahəsində, xüsusilə muğam sənətinin inkişafında, ifaçıların qorunmasında, müəyyən mənada diqqətdən kənarda qalmamasında təbii ki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük diqqəti var. Bunlar hamısı elə mədəniyyətin müəyyən dərəcədə nəsillərə ötürülməsi üçün vacib işlərdir. Düşünürəm ki, bu işlərin bundan sonra da davam etməsi Azərbaycanın mədəni simasının həmişə layiq olduğu səviyyədə görülməsi deməkdir.

1995-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmışdır. Ölkənin birinci xanımı indiyədək bu fonda rəhbərlik edir. Fond Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis, rus) “Azərbaycan-İRS” jurnalını nəşr etdirir. Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də əksər sahələrdə – musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində şedevrlər yaratmış ölkə kimi tanınmağa başlayıb. Mehriban Əliyeva xalqımızın ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə 2004-cü ildə YUNESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.

Hər il Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq və Qərb musiqisini, eləcə də məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Həmçinin Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən Respublika Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb.

Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq və iki ölkə arasında mövcud dostluq münasibətlərini daha da möhkəmləndirmək məqsədilə 2012-ci ildə yaradılmış Nyu York Azərbaycan Mədəniyyət Mərkəzi adından Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, dövlətimiz, xalqımız üçün fəaliyyətində uğurlar arzulayıram.

Telman Cəliloğlu
Nyu York-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycanın Əməkdar Artisti

 

Heydər Əliyev Fondu Elm və Təhsil Nazirliyinin ən etibarlı tərəf müqabilidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi müvafiq dövlət proqramları, həyata keçirdiyi islahatlar ölkəmizdə təhsil və idman sahələrinə göstərdiyi xüsusi diqqət və qayğının əsas göstəriciləridir. Dövlətimizin başçısının Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycan təhsilinin inkişafı istiqamətində atdığı tarixi addımlar xalqımız, o cümlədən pedaqoji ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır və dəstəklənir.

Bəllidir ki, Elm və Təhsil Nazirliyinin ən etibarlı tərəf müqabili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondudur. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və başqa layihələr əsasında Azərbaycanda son illərdə yüzlərlə məktəb inşa olunmuş, mövcud olanlar təmir edilmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr istər ümumi təhsil, istərsə də daha yuxarı təhsil pillələri və səviyyələri üzrə həm təhsilin, həm də bütövlükdə gəncliyin inkişafına yönəlmişdir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi ölkəmizin tarixinin yeni dönəmində qarşıda mühüm prioritetlər formalaşdırır. Paytaxtın Nizami rayonunda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına həsr olunan çıxışlarımda və ictimai tədbirlərdə bu nüansı xüsusi vurğulayıram ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması təkcə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu sayəsində deyil, eləcə də təhsil və gənclər siyasətinin nəticəsində mümkün olmuşdur.

Təhsilimizin böyük qayğıkeşi Mehriban Əliyevanı ad günü münasibətilə ürəkdən təbrik edir, ona dövlətimizə, xalqımıza xidməti yolunda uğurlar arzulayıram.

Qasımov Qəhrəman Məhəmmədalı oğlu
Qarabağ müharibəsi qazisi, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri” ictimai birliyinin Bakı şəhəri Nizami rayon şöbəsinin sədr müavini, Nizami rayonu, Namiq Həmzəyev adına 238 saylı orta məktəbin hərbi hazırlıq müəllimi, respublikanın “Əməkdar Müəllim”i, respublikanın Qabaqcıl təhsil işçisi, “Tərəqqi” medalı laureatı, prezident təqaüdçüsü

728×90
Paylaş: