Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Kainatın ən böyük sirri nədir?

26 Avqust 2026, 09:15 Cəmiyyət
728×90

Kainatın ən böyük sirri bəlkə də uzaq qalaktikalarda yox, elə gözümüzün önündə – vaxtın və işığın mistik axışındadır.
İşıq saniyədə təxminən 300.000 kilometr inanılmaz bir sürətlə hərəkət edir. İlk baxışda bu sürət anilıq görünə bilər, amma kainatın miqyasları o qədər nəhəngdir ki, işıq mənzilinə çatana qədər zaman keçir. Bu o deməkdir ki, siz hər dəfə gecə səmaya baxanda ulduzların indiki halını yox, onların milyonlarla, hətta milyardlarla il əvvəlki keçmişini görürsünüz. Bəlkə də gecə göz qırpan o parlaq ulduzlardan bəziləri çoxdan yox olub, amma onların işığı bizə hələ yeni çatır.

Hətta Günəşə baxarkən belə, onun 8 dəqiqə 20 saniyə əvvəlki halını görürük. Əgər Günəş bu an qəfil sönərsə, biz bunu yalnız 8 dəqiqə sonra hiss edə biləcəyik.
Biz əslində heç vaxt tam mənası ilə “indi”ni görmürük, ətrafımızdakı hər şey müxtəlif zaman kəsiklərindən gələn keçmişin bir əksidir.

Həyatın özü də tam olaraq bu fizika qanununa bənzəyir. Bu gün atdığımız kiçik bir addım, oxuduğumuz bir səhifə, öyrəndiyimiz yeni bir bacarıq və ya verdiyimiz cəsarətli bir qərar – hər biri kosmosa buraxdığımız bir işıq şüasıdır. O işığın parlaması və bəhrə verməsi zaman ala bilər. Amma gec-tez, gələcəkdə dönüb geriyə baxacaq və bu gün yandırdığımız o parlaq ulduzların işığını öz həyatımızda görəcəyik.


Şəhla İlkay.

728×90
Paylaş: