Haqqımızda Reklam Əlaqə
160×600
160×600

İş yerində təzyiq görənlər nə etməlidir? – Əmək Məcəlləsinin tələbləri

17 Avqust 2026, 12:30 Manşet
728×90

Faktum.az xəbər verir ki, iş yerində psixoloji təzyiq, mobbinq, əmək hüquqlarının pozulması və ya səlahiyyətlərdən sui-istifadə halları işçilərin həm mənəvi-psixoloji vəziyyətinə, həm də peşəkar fəaliyyətinə ciddi mənfi təsir göstərir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərin şərəf və ləyaqətinin qorunmasını, əlverişli və təhlükəsiz əmək şəraitində çalışmalarını dövlətin əsas zəmanətlərindən biri kimi müəyyən edir.

Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən, işəgötürənin əsas vəzifələrindən biri işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, mənəvi təzyiqlərə, disskriminasiyaya (ayrı-seçkiliyə) və qanunsuz tələblərə yol verməməkdir. Eyni zamanda, Məcəllənin 16-cı maddəsi əmək münasibətlərində hər cür ayrı-seçkiliyi, işçinin nüfuzunu alçaldan rəftarı və qanunsuz psixoloji təzyiqləri qəti şəkildə qadağan edir. Əgər işçiyə qarşı vəzifə səlahiyyətlərini aşmaqla təzyiq göstərilirsə, normadan artıq və ya əmək müqaviləsində nəzərdə tutulmayan işlər məcburi həvalə edilirsə, bu, əmək qanunvericiliyinin kəskin pozulması hesab olunur.

İş yerində təzyiqlə qarşılaşan işçi hüquqlarını qorumaq üçün sistemli addımlar atmalıdır. İlkin mərhələdə təzyiq hallarını (yazılı tapşırıqlar, elektron məktublar, mesajlar, şahid ifadələri və ya audio/video qeydlər) sübut kimi toplamaq vacibdir. Bundan sonra işçi müəssisənin rəhbərliyinə və ya Həmkarlar İttifaqı Təşkilatına rəsmi ərizə ilə müraciət edərək pozuntunun aradan qaldırılmasını tələb edə bilər. Əgər daxili müraciət nəticə verməzsə və ya təzyiq birbaşa rəhbərlik tərəfindən olunursa, işçi Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) və ya pozulmuş hüquqlarının bərpası, dəymiş mənəvi ziyanın ödənilməsi tələbi ilə birbaşa məhkəməyə müraciət etmək hüququna malikdir. Eyni zamanda, Əmək Məcəlləsinin 69-cu maddəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinin şərtləri və ya qanunvericilik kəskin pozulduqda işçi xəbərdarlıq müddətinə əməl etmədən də əmək müqaviləsini ləğv etmək hüququnu özündə saxlayır.

728×90
Paylaş: