Faktum.az  IRNA-aya istinadən  xəbər verir ki , İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ABŞ-ın Darxovindəki nüvə obyektinə hücumunu pisləməyə çağırıb .

Məktubda deyilir: “Beynəlxalq ictimaiyyət dinc nüvə obyektlərinə silahlı hücumların və ya bu cür hücumların təhdidlərinin heç bir halda qəbuledilməz olduğunu daim vurğulayır”.

İrəvani BMT Baş katibini və Təhlükəsizlik Şurasını BMT Nizamnaməsi çərçivəsində öhdəliklərini gecikmədən, qərəzsiz və ikili standartlar olmadan yerinə yetirməyə və ABŞ-ın MAQATE-nin təminatı altında olan Darxovin Atom Elektrik Stansiyasına silahlı hücumunu qətiyyətlə pisləməyə çağırıb.