Haqqımızda Reklam Əlaqə
160×600
160×600

“Hraparak”: Putinin açıqlaması Ermənistan müxalifətinə böyük zərbə vurdu

07 İyul 2026, 12:11 Dünya
728×90

Ermənistanın “Hraparak” qəzeti yazır ki, ölkədəki müxalif qüvvələr, xüsusilə də “Güclü Ermənistan” alyansı Rusiya ilə əlaqəli olduqları üçün ciddi zərər gördüklərinə əmindirlər. Qəzetin məlumatına görə, Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsi müxalifətə də yayılıb və 7 iyun parlament seçkilərinin nəticələrinə birbaşa təsir göstərib.

Mənbə qeyd edir ki, bu prosesdə Rusiya Prezidenti Vladimir Putinin aprelin 1-də Moskvada verdiyi məlum açıqlama müxalifətə çox böyük zərbə vurub. Putin həmin çıxışında belə demişdi:

“Rusiyayönlü mövqe tutan çoxsaylı siyasi qüvvələr var… Biz çox istərdik ki, bütün bu siyasi partiyalar, fiqurlar seçkilər zamanı daxili siyasi işlərdə iştirak edə bilsinlər”.

Keçirilən rəy sorğuları da bu bəyanatın mənfi təsirini təsdiqləyir. Belə ki, Putinin bu açıqlamasından əvvəl erməni cəmiyyətinin yalnız 13 faizi “Güclü Ermənistan” alyansının lideri, rusiyalı erməni iş adamı Samvel Karapetyanı Rusiya ilə əlaqələndirirdi. Lakin Rusiya liderinin bu çıxışından sonra bu göstərici kəskin artaraq təxminən 55 faizə çatıb.

Faktum.az

728×90
Paylaş: