Dünyada Qəribə Musiqi Alətləri Günü qeyd olunur

Faktum.az xəbər verir ki, hər il 24 avqust tarixində dünya miqyasında Qəribə Musiqi Alətləri Günü qeyd olunur.
Bu qeyri-adi əlamətdar gün 1990-cı illərin sonunda ABŞ musiqiçisi və bəstəkarı Patrik Qrant tərəfindən insanları ənənəvi musiqi çərçivələrindən kənara çıxmağa və yaradıcı səsləri kəşf etməyə həvəsləndirmək məqsədilə təsis edilmişdir.
Nyu-York şəhərində əsası qoyulan bu təşəbbüs qısa zamanda beynəlxalq miqyas almış və hər il 24 avqust tarixində müxtəlif ölkələrdə musiqiçilərin, ixtiraçıların və sənətçilərin iştirakı ilə fərqli tədbirlərlə yaddaqalan olur. Gün çərçivəsində teremin, hidravlofon, şüşə harmonika və digər nadir akustik, eləcə də elektron alətlər vasitəsilə ifa olunan musiqilər təbliğ edilir, incəsənətdə innovativ yanaşmalar ön plana çəkilir.

