Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bir dəqiqədə dünya

27 İyul 2026, 10:30 Özəl
728×90

Biz bu yazını oxuyarkən planetimizdə nələr baş verir?

Bəzən bizə elə gəlir ki, günümüz çox sıxıcı və adidir. Lakin biz çayımızdan bir qurtum alarkən, sosial mediada sürətli keçidlər edərkən və ya sadəcə pəncərədən çölə baxarkən, planetimiz bir an belə dayanmar.
Bəs heç düşünmüsünüzmü, hazırda – tam olaraq bu 1 dəqiqə ərzində dünyada nələr baş verir?
1 dəqiqə ərzində dünyanın fərqli nöqtələrində yaşanan dəhşətli, heyranedici və bir o qədər də qəribə reallıqlar eyni anda baş verir.
Təbiət bir an belə yatmır.
Siz bu cümləni oxuyana qədər planetimizin fərqli yerlərində təxminən 350-dən çox ildırım çaxır. Eyni zamanda Yer kürəsi hər dəqiqə orta hesabla 5 dəfə silkələnir – yəni hazırda dünyanın harasındasa mikro-zəlzələlər baş verir.

Hər 60 saniyədə dünyaya 250 yeni körpə göz açır! Bəli, hər dəqiqə 250 yeni həyat hekayəsi başlayır. Lakin eyni dəqiqə ərzində təxminən 107 insan bu dünya ilə vidalaşır. Həyatın bu unikal balansı hər saniyə gözlərimizin qarşısında yenilənir.
Saniyələr içində qarşımızda böyük rəqəmlər açılır.
Sivilizasiyamızın sürətinə diqqət yetirin:
Hər dəqiqə dünyada 165 min bareldən çox neft istifadə olunur.
İnsanlar qlobal miqyasda hər dəqiqə milyonlarla fincan qəhvə və çay içir.
İnternet aləmində isə hər dəqiqə Google-da 6 milyondan çox axtarış edilir, milyonlarla mesaj göndərilir.
Bütün bu rəqəmlər bizə bir şeyi xatırladır: zaman dayanmadan axır və dünya böyük bir mexanizm kimi fasiləsiz işləyir. Hər dəqiqə minlərlə sevinç, kədər, təbiət hadisəsi və texnoloji möcüzə eyni anda baş verir.
Dünya bir gəmidir, öz yolunda irəliləyir.
Çalışaq, hər dəqiqəmizi dəyərləndirək.

Şəhla İlkay

728×90
Paylaş: