Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bərdə xəstəxanasının satınalma maraqları: Təsərrüfat malları, ratsiya və abunə jurnalı

07 İyul 2026, 17:37 İqtisadiyyat
728×90

Bərdə Rayon Mərkəzi Xəstəxanası rəsmi satınalma reyestrində növbəti müqavilələrini elan edərək öz xidmət və tədarük prioritetlərini müəyyənləşdirib. Tibb müəssisəsinin 7 iyul 2026-cı il tarixində dərc olunan hesabatlarına əsasən, büdcə vəsaitlərinin ən böyük hissəsi tibbi avadanlıq və ya dərman təminatına deyil, məhz inzibati və təsərrüfat xərclərinə yönəldilib.

Faktum.az  xəbər verir ki, xəstəxana “A4 OFİS” MMC ilə dəftərxana və təsərrüfat mallarının satınalınması üçün 35 467,91 AZN dəyərində kifayət qədər irihəcmli müqavilə bağlayıb. Bunun ardınca mətbəə məhsullarının tədarükü məqsədilə “Mingəçevir Poliqrafiya Müəssisəsi” MMC-yə 17 005,3 AZN vəsait ayrılıb. Mühafizə xidmətinin təşkili üçün “AZKOMTEK” MMC-dən 5 000 AZN dəyərində həvəskar ratsiyaların (əl təlsizi) alınması da diqqətdən yayınmır. Bu xərclərin fonunda ən maraqlı satınalma isə birbaşa müqavilə ilə reallaşıb; tibb müəssisəsi “Ailə jurnalı redaksiyası” MMC-yə məhz “Ailə həkimi” jurnalına abunəlik üçün 300 AZN dövlət vəsaiti ödəyib. Xəstəxananın ümumilikdə 57 min manatdan çox vəsait xərclədiyi bu satınalmaların xəstəxanadakı tibbi xidmətin keyfiyyətinə necə təsir edəcəyi isə yerli sakinlərin maraq dairəsindədir.

728×90
Paylaş: