AQORİ-lərin qeyri-insani yaşamı

Aqori qəbiləsi X əsrdən günümüzə qədər gəlməklə, Hindistanın Varanasi bölgəsində yaşayan, hannibalizm kimi qorxunc vərdişlərə sahib toplumdur.
Aqorilər öz yaşam tərzlərini sirr olaraq gizli saxlayırlar.
Onlar öz ölülərinin ətini yeyir, qalıqlarını isə yandıraraq, külünü bədənlərinə çəkirlər. Bununla ölüm qorxusunu dəf etdiklərini düşünürlər.
Hindistanın dini icması hamilə qadınların, körpə uşaqların, evlənmədən ölmüş insanların cəsədlərini yandırmadı qadağan edir. Cəsədlər suya buraxılır. Aqorilər cəsədləri sudan çıxararaq yeyirlər.
Onların ən dəhşətli vərdişlərindən birisi, nəcis yemələri və sidik içmələridir. Bununla insan eqosunu “tərbiyyə” olunduğunu düşünürlər. Heç vaxt cimmirlər. Saçlarını ömür boyu kəsmirlər. Məhrəm orqanlarını isə, bir parça əski ilə örtüb, boyunlarında insan kəllələrindən ibarət aksesuarlar gəzdirirlər. İnsan kəllə sümüyündən su içirlər.
Aqorilərin həyat tərzinə nəzər saldıqda düşünməmək mümkün deyil ki, əcəba, bunlar da dünyada insan sayı statistikasına yer alır?

Tərifə Şükürqızı
