Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Amerikanın “Azadlıq” abidəsi, türkün “boşqabındakı artığıdır”

10 Avqust 2026, 10:00 Dünya
728×90

Amerikanın simvolu hesab olunan Azadlıq abidəsi haqqında bilməyənlər az tapılar. Hər bir sənət əsərinin özünəməxsus yaranma tarixçəsi olduğu kimi, Azadlıq abidəsinin də maraqlı bir keçmişi var.

1869-cu ildə Osmanlı imperiyasının ərazisi hesab olunan Misirdə Süveyş kanalının tikintisinə başlanıldı. Kanal Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirmək məqsədilə inşa olunurdu. Tikinti başa çatdıqdan sonra Misir valisi Səid Paşa kanalın girişində nəhəng bir abidənin ucaldılmasını təklif etdi. Sultan Əbdüləziz bu təklifi bəyənərək abidənin hazırlanmasını fransız heykəltəraş Frederik Ogüst Bartoldiyə sifariş verdi və hətta işin başlanması üçün əvvəlcədən böyük miqdarda ödəniş də olundu.

Lakin abidənin 80 faizi hazır olduqdan sonra Sultan Əbdüləziz Misir əhalisinin dinini və yerli xüsusiyyətlərini nəzərə alaraq belə bir nəhəng heykəlin ucaldılmasını məqsədəuyğun hesab etmədi. Beləliklə, həm ödənilən vəsaət, həm də yarımçıq qalmış abidə heykəltəraş Bartoldinin öhdəsində qaldı.

Bir müddət sonra Fransa hökuməti Amerikanın Müstəqillik Gününə xüsusi bir hədiyyə etmək üçün Bartoldiyə heykəl sifariş verdi. Heykəltəraş vaxtilə hazırlanmış abidənin üzərində son tamamlamalar apararaq işi təhvil verdi.

Nəticədə, 28 oktyabr 1886-cı ildə təntənəli şəkildə açılan bu əsər Amerikanın azadlıq simvoluna çevrildi. Tarixin səhifələrini vərəqlədikcə insan bir daha anlayır ki, Uca Yaradanın bəndəsinə ən böyük lütflərindən biri də onu türk olaraq dünyaya gətirməsidir.


Tərifə Şükürqızı

728×90
Paylaş: